“YAP” namizədlərini niyə açıqlamır?

15.09.2015 - 11:40
yapHakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov təmsil etdiyi partiyanın namizədlər siyahısının sentyabrın 10-da açıqlanacağını bəyan etmişdi. Bu müddətin üzərindən artıq 5 gün keçib. Lakin hələ də YAP namizədlər siyahısını açıqlamayıb. Bunun səbəbləri barədə mətbuatda, o cümlədən “Azadlıq” qəzetində çox yazılıb.
Bununla bağlı hakim partiyada ciddi gərginlik yaşandığı barədə məlumatlar verilib. Qeyd edilib ki, uzun illər hakimiyyətə xidmət etmiş YAP-çıların indi iddialarını ortaya qoyduğu, bir neçə dəfə deputat olanların və vəzifəli deputatların da iddialarından geri çəkilmək istəmədikləri hakim partiyanı çətin vəziyyətə salıb.
Məlumatlara görə, artıq rektor-deputatlara seçim etmək tapşırılıb. Onlardan bəziləri mandatı, bəziləri isə rektor postunu seçib. Lakin bununla da problem həllini tapmayıb.
Dünən əldə etdiyimiz məlumatlara görə, YAP-ın namizədlər siyahısının açıqlanmamasının bir səbəbi də növbəti dəfə mandat veriləcək hökumətyönlü deputatların dairələri ilə bağlı yaranmış problemdir. Məsələ burasındadır ki, həmin deputatlar seçicilərin problemləri ilə maraqlanmayıb. Hakim partiyadakı mənbə bildirir ki, iqtidar sosial vəziyyətin ağır və narazılığın pik səviyyədə olduğu bir vaxtda onları yenidən həmin dairələrə göndərməyə ehtiyat edir. Həmin deputatların dairələrinin dəyişdirilməsi prosesi gedir. Eynilə icra başçılarının yerdəyişməsi kimi deputatların da dairələri dəyişdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=32210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728