Misir Mərdanov deputat olmaq istəmir: keçmiş nazirə YAP-dan təklif olubmu?

15.09.2015 - 12:06
misirDünən mətbuatda sabiq təhsil naziri Misir Mərdanovun bu il noyabrın 1-də YAP-ın namizədi olaraq seçkilərə qatılacağı barədə məlumat yayılıb. Bildirilir ki, onunla danışıqlar aparılıb və artıq ilkin razılıq əldə edilib.
Strateq.az-ın xəbərində deyilir ki, Misir Mərdanova 16 saylı Yasamal II Seçki Dairəsindən Milli Məclis deputatlığına namizədliyini irəli sürmək təklif edilib. Sabiq nazir isə yalnız Prezidentin razılığı olduqdan sonra seçkilərə qatıla biləcəyini deyib. Gözlənilir ki, YAP-ın yaxın günlərdə açıqlanacaq namizədlər siyahısında Misir Mərdanovun da adı olsun.
Qeyd edək ki, 16 saylı dairədən iki beş ildir Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deputat olur. Yayılmış məlumatlara görə, bu dəfə Abel Məhərrəmovun qarşısına “ya rektor, ya deputat ol” şərti qoyulub və o da rektor kimi qalmağa üstünlük verib.
Qaynar.info-nun Mərdanova yaxın mənbədən əldə etdiyi məlumata görə isə, keçmiş təhsil nazirinin qarşıdan gələn parlament seçkilərində deputatlığa namizəd olması gözlənilmir. “Misir müəllimə YAP-dan hər hansı təklif gəlməyib. Onun özü də bundan sonra siyasi yox, elmi fəalliyyətlə məşğul olmaq niyyətindədir” deyə mənbəmiz bildirib.
Xatırladaq ki, Misir Mərdanov 2013-cü ilədək Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olub, hazırda isə YAP Siyasi Şurasının üzvüdür.
O, 2013-cü ildə 15 il çalışdığı təhsil naziri postundan uzaqlaşdırılıb. İndi Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

Short URL: http://www.cumhuriyyet.net/?p=32219

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728