“Putinin NATO-su” Tacikistanda sessiyaya başladı

15.09.2015 - 13:17

nato10-dan çox məsələ yer alıb

Ölkə.Az xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv təhlükəsizlik şurasının sessiyası start götürüb.

İclasın gündəliyində 10-dan çox məsələ yer alıb.

Tacikistana təşkilatın 5 üzv dövlətinin başçıları səfər edib: Belarus prezidenti Aleksandr Lukaşanko, Ermənistan prezidenti Serj Sarkisyan, Qazaxıstan prezidenti Nursulnat Nazarbayev, Qırğızıstan prezidenti Almazbəy Atambayev və Rusiya lideri Vladimir Putin.

“Millətlər sarayında” keçiriləcək sessiyanın işinə Tacikistan dövlət başçısı Emoməli Rəhmon başlayacaq.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) bir neçə Avrasiya dövləti tərəfindən 1992-ci il may ayının 15-də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır.

Təşkilatın əsasını Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr təşkil edir. KTMT-ni çox zaman “Putin NATO-su” da adlandırırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=32253

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930