Serj Sərkisyan: “Sərhəddəki gərginlik sabitliyin pozulmasına apara bilər”

16.09.2015 - 11:03

serj“Ermənistanla Azərbaycan sərhədindəki gərginlik bölgədə sabitliyin pozulmasına apara bilər”

Strareq.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu sözləri Tacikistanın paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib.

İclasdan sonra Ermənistan prezidenti jurnalistlərə KTMT dövlət başçıları ilə məhdud tərkibdə “kəskin məsələlərin” müzakirə edildiyini bildirib.

Ermənistan prezidenti bəyan edib ki, “diqqəti xüsusilə Ermənistan-Azərbaycan sərhədi və Azərbaycan-Qarabağ təmas xətti boyunca gərginliyin artması təhlükəsinə çəkərək” KTMT dövlət başçılarına Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında məlumat verib.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası Tacikistan paytaxtı Düşənbədə sentyabrın 15-də keçirilib.

Sessiyadan əvvəl KTMT xarici işlər və müdafiə nazirləri Şurası və təşkilata üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçirilib.

KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Tacikistan daxildirlər.Təşkilatın yaradılması haqqında sənəd 2002-ci ildə imzalanıb. Düşənbə sammitində KTMT sədrliyi bir il müddətinə Tacikistandan Ermənistana ötürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=32322

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728