YAP şərt qoydu: rektorlar deputat seçilsə, vəzifədən getməlidir

16.09.2015 - 13:00

siyavusYeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər.

Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.

S.Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçiləcəkləri təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.

Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=32371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728