İşğal olunumuş Qarabağ BMT-nin 70-ci sessiyasında müzakirə olunacaq

16.09.2015 - 13:14

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinə daxil edilib.

BMT-TS.jpg

“Report” BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin qətnamə layihələri BMT Baş Assambleyasının 69-cu sessiyası zamanı müzakirə olunmadığından, hazırkı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 35-ci bəndlər altında daxil ediliblər.

Bu sessiyanın gündəliyinə ümumilikdə 170 bənd, o cümlədən, Afrikada sülh, təhlükəsizlik və inkişaf, eləcə də narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir.

Qeyd edək ki, BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı sentyabrın 15-da Nyu-Yorkda keçirilib.

Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=32377

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728