Nazirin deputat qardaşı özünə hələ seçki dairəsi tapmayıb

16.09.2015 - 13:27

elton ziyaNəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edib-etməməsi ilə bağlı qərar verməyib.

Bu barədə məlumatı aznews.az-a deputatın özü deyib.

Deputat bildirib ki, hansı dairədən namizəd ola biləcəyini də düşünməyib: “Seçkiyə gedib-getməməyimlə bağlı qərar vermədiyim üçün hansı dairədən namizədliyimi irəli sürəcəyimi də müəyyənləşdirməmişəm. Ona görə də əvvəlcədən bununla bağlı heç bir rəy verə bilmərəm”.

Qeyd edək ki, Elton Məmmədov 2010-cü ildə keçirilən seçkidə 91 saylı Ucar seçki dairəsindən bitərəf olaraq namizədliyini verib qalib olmuşdu.

Yeni Azərbaycan Partiyası builki siyahıda 91 saylı Ucar seçki dairəsindən Vüsal Hüseynovun namizədliyini irəli sürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=32383

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930