Fətullah Gülənin Naxçıvan imamı Ərdoğanı necə cin atına mindirdi…

17.09.2015 - 11:49

nnTürkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın PKK tərəfindən qətlə yetirilmiş əsgərlərin cənazələri fonunda guya şelfi çəkdirdiyini əks etdirən fotomontaja görə həbs edilən redaktor Fətullah Gülənin Naxçıvan imamı olub.

Virtualaz.org saytı bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Ərdoğanı bərk qəzəbləndirən və Türkiyədə müxalif KİV-lərin redaksiyalarına polis basqınlarını başladan həmin fotomontajı “Nokta” jurnalı dərc edib. Bu həftənin əvvəlində polis jurnalın redaksiyasına basqın edərək Ərdoğanın fotomontajının dərc olunduğu bütün tirajı müsadirə edib.

Türkiyədə prezidentin təhqir edilməsi cinayət sayılır və qanun belə hərəkətlər üçün 4 ilədək həbs cəzası nəzərdə tutur.

Opponentləri Ərdoğanı qarşıdan gələn seçkilərdə millətçilərin səsini qazanaraq öz səlahiyyətlərini artırmaq naminə kürdlərlə və mətbuatla müharibə etməkdə günahlandırırlar.

Həmin fotomontaja görə “Nokta” jurnalının redaktoru (yazı işləri müdiri) Murat Çapan həbs edilib, daha sonra istintaq dövründə ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.

Murat Çapanın saxlanılması Türkiyədə jurnalistlərin həbsi kampaniyasının davamı kimi qiymətləndirilsə də hökumətyönlü media iddia edir ki, o, əslində jurnalist deyil. Fətullah Gülən təriqətinin (indi bu təriqəti Türkiyədə FETÖ-Fətullah Gülən Terror Örgütü adlandırırlar) Naxçıvan imamı olub.

Bildirilir ki, Gülən təriqətinin Naxçıvandakı liseylərinə rəhbərlik edən Murat Çapan Azərbaycan hakimiyyəti tərəfindən bu liseylərin bağlanmasından sonra ölkədən deportasiya edilib.

Bundan sonra təriqət onu Ankaraya təyin edib. Bir müddət keçəndən sonra Murat Çapan Ərdoğana qarşı müxalif yazılarla çıxış edən “Nokta” jurnalında “imam” təyin olunub. Onun heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmadığı, Gülən təriqəti ilə “Nokta” jurnalı arasında əlaqələri təmin etdiyi bildirilir.

Xatırladaq ki, Türkiyədə Aydın Doğanın media holdinqinə daxil olan KİV-lərin redaksiyalarına da polis və prokurorluq tərəfindən basqınlar edilib. Bunun səbəbi  “Hürriyet” qəzetində PKK döyüşçüsü olduğu iddia edilən bir nəfərlə müsahibəsidir. Prokurorluq qəzeti terror təbliğatında ittiham edir.

Bundan əvvəl isə Ərdoğanın tərəfdarları “Hürriyet” qəzetinin redaksiyasına hücum çəkmişdilər. Hökumətyönlü etirazçılar qəzeti prezidentin sözlərini təhrif etməkdə günahlandırırdılar.

Həmçinin “Daily Sabah” qəzetinə, kürdyönlü HDP partiyasının ofislərinə basqınlar edilib. Bütün bunlar yaxınlaşan növbədənkəna seçkilər ərəfəsində və PKK ilə təhlükəsizllik qüvvələri arasında qanlı toqquşmaların getdiyi bir vaxtda AKP iqtidarının tənqidi səslərə qarşı dözümsüzlüyü kimi qiymətləndirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=32446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930