Arif Məmmədov: “İsraillə əlaqələrimiz bir səsverməyə görə korlanmaz”
Xəbər verdiyimiz Beynəlxalq Atom Enerjisi Agentliyində ərəb liqasının İsrail əleyhinə mövqeyi rəsmi Bakı tərəfindən dəstəklənib. İndiyə qədər beynəlxalq arenada yəhudi lobbisiylə əməkdaşlıq edən Azərbaycanın bu addımı iki ölkə arasındakı müttəfiqliyə təsir göstərə bilərmi?
Strateq.az-ın sorğusunu cavablandıran təcrübəli diplomat Arif Məmmədov məlum səsvermənin iki ölkə arasındakı münasibətlərə hər hansı təsiri olmayacağına inanır: “İsraillə münasibətlər daha dərindir və qarşılıqlı əlaqələrdə belə səsvermələrə əhəmiyyət verilmir. İki ölkə arasındakı əlaqələr üzdə olmayan münasibətlərdir və hər iki tərəf üçün təhlükəsizlik xarakteri daşıyır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=32543