Zeynəb Xanlarova namizədliyini verdi

18.09.2015 - 11:46

zeynebMilli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə Report-a hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib.

O bildirib ki, bu ilin noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki 8 nəfər müraciət edib, onlardan 5-nə imza vərəqi verilib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən namizəd irəli sürməyib.   Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=32555

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728