“Seçkidə bazar psixologiyasına son verilməlidir…” – AMİP funksioneri

18.09.2015 - 12:43

eli“”Azadlıq-2015″ seçki blokunun noyabrın 1-də keçiriləcək parlament seçkilərini boykot edəcəyi barədə səsləndirilən fikirlər inandırıcı deyil. Bu blok sonadək seçkilərdə iştirak edəcək”.

Bu sözləri Strateq.az-a AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, blok liderləri boykot çağrışları səsləndirməklə, iqtidara təzyiq göstərib, bu minvalla hansısa istəklərini reallaşdırmağa ümid edir: “Ümumiyyətlə, boykot taktikası düzgün taktika deyil və bunu Azərbaycanda həyata keçirmək mümkün deyil. Eyni zamanda, bütün dəyişikliklərin və inkişafın, demokratik dəyərlərin bərqərar olunması yolu yalnız seçkilərdən keçməsi anlaşılan gerçəklikdir. Ona görə də seçkilərdən özünü kənar tutmaqla kimlərinsə gəlib bizim yerimizə nəisə dəyişəcəyinə ümid etmək sadəlövlükdür. Bunu dərk edən siyasi qüvvələr seçki marafonuna qoşulub və ciddi mübarizə aparamaq niyyətlərini də ortaya qoyub. Ölkənin aparıcı siyasi partiyaları, o cümələn AMİP sonadək prosesi aparacaq. Yerdə qalan xırda-para partiyaların seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək və bu, heç hiss olunmayacaq da”.

Əli Orucov onu da etiraf edib ki, ölkədəkə seçki mühiti tam əlverişli və münbit deyil: “Lakin bu mühiti xalqla birlikdə demokratik düşərgənin yatarmağı uğrunda mübarizəsi çox şeyləri dəyişə bilər. Seçkidə bazar psixologiyasına, nəhayət ki, son verilməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=32574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728