Şeyxin qudası həcc ziyarətini yarımçıq qoyub Bakıya döndü – Deputatlığa görə…

18.09.2015 - 12:47
qalibMilli Məclisin deputatı Qalib Salahzadə dünən həcc ziyarətindən yarımçıq Bakıya dönüb. 
Avropa.info-nun əldə etdiyi məlumata görə, Qalib Salahzadə İstanbul aviareysi ilə Azərbaycana qayıdıb. Qeyd edək ki, YAP-ın bu həftə açıqladığı siyahıda Qalib Salahzadənin namizədliyi irəli sürülməyib.  YAP 27 saylı Sabunçu ikinci dairəsindən Cəbrayılova Dilarə Məmmədağa qızının namizəd olması ilə bağlı qərar qəbul edib.
Məlumatı saytımıza verən mənbə qeyd edib ki, Qalib Salahzadənin həcc ziyarətini yarımçıq qoyub Bakıya dönməsi onun yenidən deputat seçilmək arzusu ilə bağlıdır: “Hacı Qalib yenidən deputatlığa namizəd olmaq üçün danışıqlar aparmaq istəyir”.
YAP icra katibinin müavini Siyavuş Novruzov isə bugünkü müahibəsində partiyanın qərarından kənar namizəd olmaq istəyənlərin üzvlükdən xaric oluncaqlarının anonsunu verib.
Xatırladaq ki, Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri  Allahşükür Paşazadənin qudasıdır.
O, hazırda 27 saylı Sabunçu ikinci dairəsindən Milli Məclisin deputatıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=32579

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930