Sabir Rüstəmxanlı geri çəkilir
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı bu dəfə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək.
Bu barədə APA-ya Sabir Rüstəmxanlı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı, «Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: «Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm».
Sabir Rüstəmxanlı 1990-cı illərdən ölkə parlamentinə dəfələrlə deputat seçilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=32601