“KREDİT İŞİ” İLƏ BAĞLI YENİ HƏBSLƏR… – Beynəlxalq Bankın filial rəhbərləri də tutuldu

22.09.2015 - 10:23

cahangir-haciyevvAzərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları –Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.
Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, yeni tutulanların əksəriyyəti Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin ən yaxın ətrafına daxil olan şəxslərdir. Bu üzdən də proseslərin inkişafından asılı olaraq Cahangir Hacıyevin də  həbs ediləcəyi istisna olunmur.
AzPolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=32851

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728