ARİF QASIMOV NİZAMİ RAYONUNA İCRA BAŞÇISI TƏYİN OLUNDU

22.09.2015 - 13:58

arifAzinforum.az-ın əldə etdiyi məlumata görə Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yaxın saatlarda bununla bağlı rəsmi sərəncamın elan ediləcəyi gözlənilir. Arif Qasımov bu vəzifəyə Siyəzən rayon icra başçısı postundan təyinat alıb.

 Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Evlidir. 3 övladı var.

Nizami rayon İcra Hakimiyyətindəki bir neçə vəzifəli şəxs Azinforum.az-a məlumatın doğruluğnu təsdiqləyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=32929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728