Vasif Talıbovun rəqibi kimdir?

23.09.2015 - 12:51

vasif2Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP-ın 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə namizədi Vasif Talıbovun rəqibi müəyyənləşib.

Axar.az xəbər verir ki, Məmmədov Etibar Nəsrulla oğlunun sözügedən dairədən rəsmən namizədliyi qeydə alınıb.

Naxçıvan Dövlət Universitetində Magistratura üzrə dekan vəzifəsində çalışan E.Məmmədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvüdür.

Mərkəzi Seçki Komissiyasının rəsmi saytında baytarlıq üzrə fəlsəfə doktoru olan E.Məmmədovun namizədliyini öz təşəbbüsü ilə irəli sürdüyü bildirilib.

Hazırda 1 saylı Şərur-Sədərək Seçki Dairəsində yalnız Vasif Talıbovla Etibar Məmmədovun namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkisi 1 noyabrda baş tutacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=33029

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728