Anadolu Putini Moskva Putinindən nə ala bildi? – Təhlil

27.09.2015 - 16:54

erdoqanPrezident Tayyib Ərdoğan sentyabrın 22-də birbaşa efirdə çıxış edir: “Sabahkı səfərimin gündəliyindəki birinci məsələ Moskvada inşa edilmiş əzəmətli məsciddir. Biz on min nəfər tutan məscidin açılışını edəcəyik. Sonra Putinlə görüşəcəyik. Əlbəttə, görüşün əsas məsələsi Suriyadır”.

Sonra davam edir: “Onların açıqlamaları bizi zaman-zaman məyus edir. Aldığımız məlumatlar bizi sevindirmir. Bizim Rusiya ilə tamamilə özəl münasibətlərimiz var. Buna görə də bütün bunlar bizim qanımızı qaraldır. Ümidvaram ki, Putinlə razılığa gələ biləcəyik”.

Ərdoğanın Putinə bəslədiyi “gizli rəğbət”i və yaxud hətta “meyli” hamı hiss edir. Bu iki simanın “təkbaşına rəhbərlik” və “avtoritar idarə üsulu” baxımından bənzər cizgiləri var. Bu həftənin əvvəlində “Foreign Policy”də Con Hannanın qələmindən çıxmış məqalədə Ərdoğan “Anatolian Putin” və yaxud “Anadolu Putini” adlandırılıb.

Onların arasındakı “ümumi cizgilər” o qədər göz qabağındadır ki,  Ərdoğanı “Ey, Putin” kimi müraciət etməyə qoymur. (Ərdoğan 2015-ci ilin fevralında Quzey Karolina ştatında üç müsəlman tələbənin qətlə yetirilməsinə görə  Obamanın susmasını tənqid etdi: “Ey, Obama, sən haradasan?”-red.) Lakin heç bir lider Ərdoğanın “xarici siyasət hesablamaları”na Putin qədər mane olmayıb. Buna baxmayaraq, Ərdoğan Rusiya ilə “özəl münasibətlər” və bununla bağlı Moskvanın bəzi açıqlamalarının doğurduğu məyusluqdan danışır.

Suriyadakı hadisələri diqqətlə izləyən və Rusiyanın niyə və necə  hərəkət etdiyinin diqqətlə izləyən və anlayan hər kəs dərk etməliydi ki, Ərdoğan Suriya siyasətini dəyişməsə, Putinlə düzəlişməyəcək.

Sabahı gün, yəni Qurban bayramı ərəfəsində Ərdoğanı aeroporta aparan kortej pəncərələrin yanından keçib gedir. Erkən səhərdən yollar bağlıdır. Hərəkət bərpa olunan kimi yola çıxır, Ərdoğandan bir neçə saat sonra Moskvaya çatıram. Məlum olur ki, düşməli olduğum otel Olimpiya stadionunun lap yanında, açılışı Putinlə Ərdoğanın qatılması ilə baş tutacaq Moskvanın ən böyük məscidinin ətəyində yerləşir.

Gözümə dəyən ilk şey məscidin yaxınlığındakı mehmanxananın vestibülündə rusca “Moskvanın baş məscidi”, ingiliscə “Moscow Cathedral Mosque” və ərəbcə “Əl-Məscid əl-Came bi Mosku” yazıları olur. Moskvada bu məcidin açılışı Putin və Rusiya rəhbərliyi üçün ölkədəki  müsəlmanlara “sayğı”dan daha çox “təşvişlə” bağlıdır.

Suriyadakı “sələvi-cihadçı” qurumlara, hər şeydən əvvəl İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının sayı iki minə yaxın hesab olunur. Moskvadakı yeni böyük məscid bir tərəfdən müsəlmanların ibadəti üçün yaradılsa da, digər tərəfdən dövlət dini fəaliyyəti nəzarətə götürməyi planlaşdırır. Moskvada böyük məscidin inşası və Suriyada hərbi potensialın fəal şəkildə artırılması müəyyən mənada Rusiyanın “İslam fundamentalizmi təhlükəsi”nə qarşı durmağının müxtəlif təzahürləridir.

Yerüstü hədəflərin vurulması üçün 24 müasir təyyarənin Latakiyada dislokasiya olunması, ən azı, hər biri on iki raketdən ibarət 3 HMM kompleksinin yerləşdirilməsi, dəniz piyadalarının Suriyaya göndərilməsi və onların sayının 200-dən 500-ə çatdırılması –  bütün bu addımlar Suriyada “hərbi müvazinəti” dəyişdirməyə qadirdir. “Hərbi müvazinət”in yeni balansı isə “siyasi müvazinət”ə təsir etməyə bilməz. Putininin “Suriya cəbhəsi”ndəki bu gedişləri “bir nömrəli təhlükə”yə, yəni “İslam fundamentalizmi təhlükəsi”nə qarşı yönəlıib. Bütün bunlar “Suriyada İŞİD-lə mübarizə”nin zərurəti ilə izah edilir.

Əlbəttə, bu da diqqəti cəlb edir ki, Rusiya bu addımların sayəsində Şərqi Aralıq dənizi bölgəsində “strateji mövqeyi”ni möhkəmləndirir, bu isə ABŞ-ı rahatsız etməyə bilməz. Lakin, görünür, Moskva, ən azı, İŞİD-lə bağlı “prioritet təhlükə” məsələsində Vaşinqtonla “eyni dalğa”da qərarlaşıb. Bununla belə, Türkiyə (daha doğrusu, Ərdoğan-Davudoğlu) Suriyada nə Vaşinqtonla, nə də Moskva ilə eyni dalğadadır. “Əsas məsələ”si Surya olan Moskva danışıqlarının yekunlarına görə heç bir “birgə açıqlama” verilmir və bundan sonra Ərdoğan Moskvanı tərk edir.

Bayram səhərində öteldə öz otağımdayam və Moscow Times qəzetini oxuyuram. Qarşımda Olimpiya stadionunun üzərində Baş məcidin minarələri ucalır. Başlıq – “Yaxı Şərqin liderləri Putinin növbəsinə durublar”.

Məqalə bu cür başlanır: “Kreml bölgədə daha fəal rol oynamaqdan ötrü Suriyadakı hərbi imkanlarını artırınca Türkiyə prezidenti Rəcəb Ərdoğan Yaxın Şərqin prezident Putinlə danışıqlar üçün Moskvaya gələn sayca üçüncü lideri oldu”.

Bazar ertəsi baş nazir Netanyahu çərşənbə günü Fələstin müxatraiyyətinin rəhbəri Mahmud Abbas, tək günü Ərdoğan Rusyaya səfər etdi.

Məqalədə həmçinin açıq kinayə ilə Putinin bir dəfə Ərdoğan haqda fikrini necə bildirdiyi də xatırladılır: “tough guy” (“mətin kişidir”). “Mətin kişi” Moskvadan qayıdakən bayram namazı münasibətilə Suriya üzrə görüşünü bu cür xatırlayır: “Artıq heç kmə sirr deyil ki, Rusuiya və İran Suriyaya dəstək verir. Bunu özləri də deyirlər. Biz ümidvarıq ki, Rusiya dünənki danışıqlarımızda bəhs etdiklərimizə həmrəylik və sayğı göstərəcək. Dünən onlara dediyim kimi, Əsəd necəsə bir dövlət yaratmaq istəyir. Dəməşqdən Hamaya, Latakiuaya qədər uzanan bu region Suriyanın 15%-ə uyğun gələcək…”

Təmtərağı ilə diqqət çəkən bu açıqlamanı anlaşılan dildə bu cür ümumiləşdirmək olar: Ərdoğan Suriya məsələsində Moskvadan “əliboş” qayıdıb.

Suriya məsələsi Vaşinqtonla Moskva tərəfindən “yüksək səviyyədə” müzakirə ediləndən sonra isə Türkiyənin ümid etdiyi “təhlükəsiz zona” praktik olaraq mümkün olmayacaq.

“Anadolu Putini” “Moskva Putini” ilə sonradan ancaq Suriyanın bölünməsi üzrə razılaşma əldə etməyə cəhd edə bilər. O, belə olan halda quzey Suriyada İŞİD-ə dəxli olmayan və Tükiyəyə tabe olan islamçı güclərin nəzarəti altında hanısa bir “orqanizm”ə razılıq verməyin əvəzində Latakiya mərkəz olmaqla “Ələvistan” yaradılmasına razılaşmalı olacaq. Lakin bütün problem bundan ibarətdir ki, bunu təkcə ABŞ deyil, Putin də qəbul etməlidir.

Moskvada həmişə bu haqda düşünürlər ki, tarix sabah indiki gündən yazacaq. Yalnız zaman keçəndən sonra anlaya bilərik ki, bu Qurban bayramında kim, niyə və nəyə görə “qurban gətirir”.

 

Cengiz Çandar

“Radikal” (Türkiyə), 27.09.2015

Short URL: http://www.cumhuriyyet.net/?p=33087

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728