Keçmiş icra başçısı YAP-ın qərarını saymadı – Namizədliyini verdi

28.09.2015 - 12:47

yapSalyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərovun 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.

Cumhuriyyət.az modern.az-a istinadən xəbər verir ki, Yusif Ələkbərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və seçkilərə öz təşəbbüsü ilə qatılıb. Halbuki, YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək, adları vahid namizədlər siyahısına düşməyənləri şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görüb. Əks halda, onların cəzalandırılaraq, YAP sıralarından uzaqlaşdırılacağı xəbərdarlığı edilib.

Yusif Ələkbərov hazırda “Salyan çörək” Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində çalışır. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib.

YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=33231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930