Sabiq başçı YAP-dan qovulacaq – Rəsmi

28.09.2015 - 13:42

yusifSalyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.

Axar.az xəbər verir ki, Yusif Ələkbərov Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və seçkilərə öz təşəbbüsü ilə qatılıb. Halbuki YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək, adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görüb. Əks halda, onların cəzalandırılaraq YAP sıralarından uzaqlaşdırılacağı xəbərdarlığı edilib.

Yusif Ələkbərov hazırda “Salyan çörək” Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində çalışır. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib. YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.

Vurğulayaq ki, Yusif Ələkbərov 2011-ci ildə polis tərəfindən saxlanılıb. Buna səbəb isə sabiq başçının polisə itaətsizliyi olub. Bu itaətsizlik ona iki gün polisdə saxlanmaq hesabına başa gəlib.   YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov Yusif Ələkbərovun namizədliyinə münasibət bildirib. Axar.az-a danışan YAP funksioneri sabiq icra başçısının partiya sıralarından uzaqlaşdırılacağını deyib:

“Bununla əlaqədar biz bildirmişik ki, Yeni Azərbaycan Partiyasından namizəd rəsmi qaydada irəli sürülübsə, hər hansı partiya üzvü əgər ona alternativ yaratmaq istəyirsə, onunla bizim yolumuz bir ola bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=33246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728