Məşhur erməni aktyor: “Azərbaycanlı nazirin qızı mənim rəfiqəmdir…”

01.10.2015 - 11:45

armebMəşhur erməni aktyor Armen Ciqarxanyan 80 illik yubileyi ərəfəsində “Rossiyskaya qazeta”ya həyatı, yaradıcılığı və hələ xeyli yaşamaq arzuları haqda danışıb.

Virtualaz.org saytı xəbər verir ki, SSRİ xalq artisti Ciqarxanyan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nara Şirəliyeva ilə uzun illərdir yaxın dost olduğunu gözlənilmədən etiraf edib.

“Mən erməniyəm, ancaq mənim azərbaycanlılarla tamamilə möcüzəvi dostluq münasibətlərim də var. Mənim çoxillik rəfiqəm, “Kultura” kanalının aparıcısı Nara Şirəliyeva azərbaycanlıdır”– deyə erməni aktyor bildirib.

Nara Şirəliyeva uzun illərdir Rusiya telekanallarında işləyir.

O, həmçinin Rusiyanın hakim “Vahid Rusiya” partiyasının fəallarından biridir. Hətta prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi onun seçki kampaniyasında da iştirak edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=33601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930