Zaur Baxşəliyevin yazıb, pozduğu statusu – FOTO

01.10.2015 - 12:02

zaurATV-nin aparıcısı Zaur Baxşəliyev “Öz aramızda” verilişinin bağlanması ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda sosial şəbəkədə yazıb. O, yeni layihə ilə efirə qayıdacağını vurğulayıb:

“ATV telekanalı tərəfindən verilişimlə bağlı açıqlama verilib. Biz yeni studiyadan başqa layihə ilə çıxmalı idik. ATV rəhbərliyi yarımçıq qalmış və həllini tapmış bəzi problemləri yekunlaşdırmaq üçün “Öz aramızda” layihəsinə 2 həftə vaxt verdi. Biz də bu 2 həftə ərzində çalışıb həllini tapan məsələləri təqdim etdik. Yaxın günlərdə iki layihəmiz – “Məni yarımdan soruş” və “Bu stil mənim” efirə gedəcək. Hər ikisi vaxt aparan layihələrdir. Biri Türkiyədə çəkilir, digəri isə ölkə daxilində. Bunları səhmana salana qədər gündəlik efirimizə ara vermişik. İnşallah, daha gözəl formatda, daha qlobal layihələrlə qarşınızda olacaq. ATV telekanalı maddi-texniki bazasını gücləndirib. Görürsünüz ki, heç bir layihəsinə start verməyib. Biz köhnəyə əl gəzdirmirik, yeni, inkişaf etmiş, standartlara uyğun layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışırıq. Bu baxımdan daha səviyyəli və baxımlı verilişlərlə gələcəyik.
Millətimizə, dövlətimizə, dəyərlərimizə hörmətlə Zaur Baxşəliyev”.

Qeyd edək ki, Z.Baxşəliyev daha sonra yazdığı statusunu silib.

Short URL: http://www.cumhuriyyet.net/?p=33607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728