Eldar Quliyevin rektorluğu deyil, deputatlığı seçməsinin şok səbəbi…

02.10.2015 - 10:11
eldar2Bu ilki parlament seçkilərində əsas nəzərəçarpacaq dəyişiklik universitet rektorlarının seçim qarşısında qalmalaraı və bəzisinin deputat mandatını, digərlərininsə rektor kreslosunu üstün tutmalarından ibarət oldu. BDU rəhbəri Abel Məhərrəmov rektorluğu, ATU rektoru Əhliman Əmiraslanov və AMİ rektoru Aqiyyə Naxçıvanlı isə deputat mandatını seçdi.
Rektorluğu deputat mandatına dəyişən daha bir universitet rəhbəri – Kooperasiya Universitetinin rektoru Eldar Quliyevlə bağlı isə maraqlı məlumat daxil olub.
Bildirilir ki, digər rektor həmkarlarından fərqli olaraq Eldar Quliyev tamamilə fərqli səbəblərdən universitet rektorluğundan formal da olsa imtina etmək zorunda qalıb. Sən demə, bu ilki qəbulda adıçəkilən təhsil ocağına tələbə qəbulu planının 76,9 faizi boş qalıb. Bu universitetdə təkcə iqtisadiyyat, yəni ikinci qrup üzrə 779 vakant yer qalıb. Bunun sadə dildə açması odur ki, abituriyentlər bu təhsil müəssisəni seçməkdən imtina ediblər. Bu isə açıq – aşkar fiaskodur və həmin təhsil müəssisəsinin başlanmaq təhlükəsi qarşısında qalması deməkdir. Ona görə də əlbbətə ki, Eldar Quliyev tələbəsi olmayan universitet rektorluğundansa deputat mandatı gəzdirməyi daha üstün tutmalıydı və belə də etdi…
İndi Eldar Quliyev bir güllə ilə iki dovşan vurmaq istəyir. Yəni deputat statusundan istifadə edərək əl dəyişdirməklə rektorluq kürsüsünü özünə yaxın bir adama həvalə etməyi və bununla da həm universiteti yaman günə qoymasına görə ittihamlardan yayınmağı düşünür, həm də universitetin bağlanmasını bu yolla əngəlləməyi planlaşdırır.
Xatırladaq ki, bu ilki qəbulun nəticəsində ölkə üzrə ali məktəblərdəki yerlərin 86 faizi dolub. Qəbulda keçid balının Təhsil Nazirliyi tərəfindən aşağı salınmamasına görə yalnız 14 faiz yerlər dolmayıb. Bu da 5982 vakant yer deməkdir.
//moderator.az

Short URL: http://www.cumhuriyyet.net/?p=33704

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728