Ziya Məmmədov yarım milyardlıq borc bataqlığında

06.10.2015 - 10:41

ziyaNəqliyyat nazirindən Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaq tələb olunur

Nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasının” səbəblərilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, nəqliyyat naziri yarım milyard manat kredit borcuna görəhədəfə gəlib. Iddialara görə, bu vəsait Beynəlxalq Bankdan götürülüb. Ziya Məmmədov həmin vəsaiti “Azərinşaatservis”in qurulmasına sərf edib.

Azərinşaatservis” üçün bu vəsait hesabına 6000 adda texnika alınıb. Həmin texnika Nəqliyyat Nazirliyinin həyata keçirdiyi yol layihələrində quruma icarəyə verilib. “Azərinşaatservis” bundan xeyli mənfəət əldə edib. Lakin buna baxmayaraq götürülən kredit qaytarılmayıb.Əvəzində “Azərinşaatservis” borcun əvəzində Beynəlxalq Banka verilib. Bildirilir ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda bu məsələ barədə ölkə başçısı Ilham Əliyevəməlumat verib. Bundan sonra Ziya Məmmədovun qara günləri başlayıb. Məlumatda deyilir ki,əgər nəqliyyat naziri borcu qaytarmasa, o zaman sərt şəkildə cəzalandırıla bilər.

Qeyd edək ki, Ziya Məmmədovun bəzi səlahiyyətləri əlindən alınıb. Həmçinin onun yaxınətrafına basqılar var. Məsələn, bir neçə gün əvvəl “Azadlıq” məlumat yaymışdı ki, nazirin qardaşı Loğman Məmmədov tutduğu vəzifədən azad edilib. Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədov isə Axar.az-a iddia edib ki, Loğman Məmmədov iş başındadır. “Azadlıq” bu məsələni bir daha araşdırıb və bəlli olub ki, Loğman Məmmədov faktiki olaraq işə çıxmır. Onu başqa şəxs əvəzləyir.

Elton Məmmədov bu və Ziya Məmmədov barədə yayılan məlumatlara münasibət bildirərkən maraqlı fikirlər səsləndirib. Elton Məmmədov iddia edib ki, bu məlumatları yayanlar ölkədəsabitliyi pozmaq istəyirlər: “Ancaq ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq istəyənlər bu yalan xəbərləri yayırlar”.

Elton Məmmədovun bu fikri hakimiyyətə bir mesaj da hesab edilə bilər. Mümkündür ki, Elton Məmmədovun qəsdi hakimiyyəti Ziya Məmmədov “vurulacağı” təqdirdə ölkədə sabitliyin pozula biləcəyi ilə hədələməkdir.

Bu arada “Qafqazinfo” məlumat yayıb ki, Bakı dairəvi yolunda ciddi yoxlamalara başlanılıb. Yoxlamalar zamanı yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyatı üzrə xərclənib-xərclənilməməsi araşdırılır. Bildirilir ki, yoxlamalara çoxsaylı mütəxəssislər dəcəlb olunub. Ilkin nəticə odur ki, Bakı dairəvi yolunun çəkilişi zamanı yeyintilərə yol verilib.

Ziya Məmmədovun qələminin qırıldığını təsdiq edən daha bir fakt isə Azərbaycan Qolf Federasiyasının prezidenti olan oğlu Anar Məmmədovun “Xəyal Adası” layihəsi çərçivəsindəölkə başçısı Ilham Əliyevin də iştirakı etdiyi Qolf klubun açılış mərasimində görünməməsidir.

Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova ANS PRESS-ə açıqlamasında Anar Məmmədovun açılış mərasiminə qatılmamasını onun ölkədə olmaması ilə izah edib. Ziya Məmmədovun hədəfdə olduğu bir vaxtda Anar Məmmədovun Azərbaycanda olmaması da maraqlıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=33985

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031