Kritik məqam: Məqsəd Türkiyəni çökürtməkdir

07.10.2015 - 11:05

türkiyəAnkara ilə Moskvanı qarşı-qarşı qoymaqla Türkiyəni Avrasiya coğrafiyasından uzaqlaşdırmağa cəhd edəcəklər.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib. Onun sözlərinə görə, bu məsələdə Türkiyənin mövqeyindən çox şey asılıdır:

“Faktiki olaraq Rusiyanın da Yaxın Şərqlə bağlı öz çıxarları var. Bu gün regionda Türkiyənin ən böyük ticarət ortaqlarından biri Türkiyədir. Bəzi qüvvələr Rusiya-Türkiyə münasibətlərində soyuqluq yaratmağa çalışırlar. Burada iqtisadi cəhətdən ən böyük zərər Türkiyəyə dəyəcək. Eyni zamanda, iki ölkə arasındakı ortalama hesabla 30 milyard dollar dəyərində olan atom enerji layihələri də təhlükə altında qala bilər. Məqsəd Ankara ilə Moskvanı qarşı-qarşı qoymaqla Türkiyəni Avrasiya coğrafiyasından uzaqlaşdırmaqdır. Moskva diplomatik kanallar vasitəsilə Türkiyəyə öz narahatlığını çatdırıb. Bir məqamı da unutmayaq ki, Hələb ətrafında türkmən müxalif qüvvələri Türkiyə tərəfindən dəstəklənir və Ankara da qarşı tərəfdən öz maraqlarının Suriyada təmin olunmasını istəyir. Yəqin ki, bu istiqamətdə danışıqlar aparılacaq. Bunu başa düşən beynəlxalq oyunçular isə Rusiya ilə Türkiyənin kritik məqamlarda belə anlaşa bilməsini əngəlləməyə çalışırlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34116

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031