Başçı Vurğun Əyyuba görə icra nümayəndəsini danladı

07.10.2015 - 12:05

vurqun30 saylı Suraxanı Birinci Seçki Dairəsindən deputatlığa namizəd Vurğun Əyyubun tərəfdarlarına Hövsan qəsəbəsində təzyiqlər olması barədə məlumatlar yayıldıqdan sonra vəziyyət ADR təmsilçisinin xeyrinə dəyişib.

Belə ki, Suraxanı rayon icra başçısı İlqar Abbasov Vurğun Əyyubun adamlarının toplaşdığı çayxanaların bağlanacağı barədə xəbərdarlıq etdiyinə görə Hövsən qəsəbə nümayəndəsi Ağasəlim Əliyevi danlayıb.

Bu barədə məlumatı cebhe.info-ya ADR İdarə Heyətinin üzvü Rövşən Dəmirli verib: “Bizdə olan məlumata görə, başçı icra nümayəndəsini onun adından istifadə etdiyinə görə danlayıb və belə işlərə son qoymasını tələb edib. Həmin vaxtdan etibaran tərəfdarlarımıza qarşı təzyiqlər dayanıb. Halbuki bir neçə gün əvvəl Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyev Vurğun Əyyubun tərəfdarlarının toplaşdığı çayxanaya gedərək, obyektin sahibinə tapşırıq verib, Suraxanı rayon icra başçısı adından tapşırmışdı ki, bu adamlar çayxanaya buraxılacaqları təqdirdə obyekt bağlanacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=34137

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930