Deputatlığa namizədlər üçün fantastik qiymət

07.10.2015 - 12:42

itvBir namizədin 30 dəqiqə çıxışı bir deputatın 5 illik maaşından çox edir

Xəbər verildiyi kimi Ictimai Televiziya (ITV) parlament seçkilərində çıxışlar üçün efir qiymətlərini açıqlayıb. Bəlli olub ki, namizədlər ITV-nin efirində çıxış üçün bir saniyəyə 50 manat ödəməlidirlər. Ekspertlər bu qiymətlərin fantastik həddə olduğunu bildirirlər.

“Təsəvvür edin, 10 dəqiqə çıxış üçün namizəd 30 min manat ödəməlidir. Gülməli olan budur ki, deputat olmaq üçün 10 dəqiqə çıxışa 30 min manat ödəyən namizəd seçkidə qalib gələcəyi təqdirdə Milli Məclisdən alacağı məvacib 1575 manatdır. Beləliklə, aydın olur ki, 10 dəqiqəlik çıxış üçün ITV-yə təxminən bir illik deputat maaşı ödənməlidir. Nəzərə alsaq ki, hər namizəd təbliğat kampaniyası dövründə ən azı 3 dəfə ən azı 10 dəqiqə çıxış etmək istəyəcək. O zaman onun ödəməli olduğu məbləğ deputat olacağı təqdirdə 5 illik maaşından çox olacaq”, -deyə ekspertlər vurğulayıb.

Ekspertlər bu halı hakimiyyətin ölkədə seçki adına tamaşa keçirməsinin tərkib hissəsi kimi qiymətləndirib: “Hakimiyyət fərqindədir ki, ölkədə ciddi narazılıq var. Ona görə televiziya çıxışlarından ehtiyat edirlər. Hətta seçki alternativsiz keçirdikləri halda belə hansısa namizədin çıxışında arzuolunmaz fikirlər səsləndirəcəyini və bunun cəmiyyətdə narazılığı daha da artıracağını düşünürlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=34145

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930