Ermənistan KİV: Moskva Bakının rəğbətini qazanır – Mətbuat xülasəsi

07.10.2015 - 12:53

ermRusiya nəşrinin  yazdığına görə, “Qarabağ münaqişəsi zonasında durum güclü şəkildə kəskinləşib. Azərbaycan irikalibrli silahlardan Ermənistanın sərhədyanı yaşayış məntəqələrni atəşə tutur,Ermənistanın müdafiəsi üzrə öhdəlik götürən Rusiya və KTMT isə susur”.

“168 jam” nəşri hiddətlənir ki, hətta Moskva Azərbaycana silah satışını davm etdirir (01.10). Nəşrin mövqeyinə görə, bu o qədər yəqindir ki, “hətta bütün məsələlərdə Rusiyaya biət ertmiş Ermənistan hökuməti KTMT-nın fəaliyyətsizliyindən danışmağa başlayıb”. Qəzet əmindir ki, bu fəaliyyətsizlik mümkün bütün çərçivələri keçir, ona görə də hər gün keçdikcə aydın olur ki, “Ümumiyyətlə, Ermənistanın KTMT-da nə işi var və Rusiya qoşunları Ermənistanda nə iş görür?”

Ermənistan milli və strateji araşdırmalar mərkəzinin rəhbəri Manvel Sərkisyan “Lragir”ə bildirib: “Ermənistan özünü Rusiya ilə elə aparmalıydı ki, Rusiya Azərbaycana silah satmağa dəyib-dəymədiyini yüz dəfə ölçüb-biçsin. Lakin bü cür siyasət aparılmadı. Əksinə, KTMT-nın Ermənistanda hansısa təlimlərindən danışırlar. Sərhəddə müharibədir, KTMT isə təlim keçirir!… KTMT müharibə xüsusunda hələ də bəyanat verməyib. Bu cür şəraitdə hökumət Ermənistanın KTMT-yə girməyinə necə imkan verdi?” (29.09).

Rusiya EA Şərqşünaslıq İnstitutundan Aleksandr Skakov “Birinci informasiya saytı”na (28.09) bildirib ki, “KTMT deyil, Rusiya reaksiya verməlidir. Rusiyanın Ermənistan qarşısında öhdəliyi var, ona görə də Moskva konkret mövqe tutmalı və baş verənləri qəbuledilməz elan etməlidir”.

Politoloq Stepan Səfəryan Armenia Today-ə (29.09) bildirib ki, “Dünya səhnəsində ciddi problemləri olan Azərbaycan Rusiyaya ümid bəsləyir. Rusiya-Azərbaycan eşqbazlığı Azərbaycan hökuməti tərəfdən Ermənistanın mövqeyinin zəifləməsi kimi qiymətləndirilir. Əslində, Moskva Azərbaycanla eşqbazlıq etməklə konkret məqsəd güdür. Yəni Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) girməsilə onun ərazisində Rusiya hərbi bazasının yaradılması ruslara ölkədə duruma nəzarət etmək imkanı verəcək. Azərbaycan isə öz növbəsində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması şərtilə AİB-ə mümkün girişi ilə Rusiyanı maraqlandırmağa cəhd edir”.

“Modus vivendi” Analitik mərkəzinin başçısı Ara Papyan “Aravot”a müsahibəsində (29.09) deyib: “Rusiya Azərbaycana silah satmaqla Ermənistan sakinlərini özünə qarşı kökləyir. Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin yayılmasında maraqlıdır. Rusiyanın müəyyən marağı var. O, Azərbaycanın rəğbətini qazanmaqla onu AİB-ə cəlb etmək istəyir. Rusiya hansı yollasa Sovet İttifaqını bərpa etmək niyyətindədir. RF fövqəldövlət ola bilərmi? Xeyr! Fövqəldövlət olmağın yeganə üsulu hərbi münaqişələrdir”.

Ermənistan müdafiə nazirininn keçmiş müavini Vahan Şirxanyan isə, əksinə, əmindir ki, Qafqazda müharibənin təzələnməsi Rusiyaya əlverişli deyil və Azərbaycanın Rusiyadan razılıq almaqla durumu gərginləşdirməsi haqda açıqlamalar yersizdir. Keçmiş məmurun “Aravot”a dediynə görə (30.09), Moskva çox yaxşı başa düşür ki, Ermənistan Azərbaycana layiqli cavab vermək iqtidarındadır. O, hesab edir ki, indiki vəziyyətdə Türkiyə və ABŞ-ın rolunu unutmaq lazım deyil. Şirxanyanın sözlərinə görə, ABŞ-ın vəzifəsi bütün dünyada və birinci növbədə Güney Qafqazda gərginlik ocaqları yaramaqdır: “Bu, ABŞ-dır, Rusiya deyil. Çünki Vaşinqtonun Rusiyanı dağıtmaq niyyəti var”.

“Joxovurd” (30.09) ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzə bir neçə sorğu göndərib, o cümlədən Rusiyanın Qarabağda təkbaşına sülhməramlılar yerləşdirmək qərarı haqda şayiələrə ABŞ-ın necə yanaşması və Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı ABŞ-la Rusiya arasında razılığın olub-olmadığı barədə maraqlanıb. Nəşrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikcavab verib: “ABŞ-ın mövqeyi bundan ibarətdir ki, Minsk qrupunda həmsədrlik edən və qonşu ölkələr sülhməramlıların tərkibinə cəlb edilməməlidir. Bizim təsəvvürümüzdə tərəflər bu məsələdə həmfikirdir və bu mövzu artıq müzakirə edilib”.

“Qraparak” məlumat verir ki (1.10), Serj Sərkisyanın Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğu haqda açıqlaması təkcə Azərbaycanda deyil, həm də Amerikanın Azərbaycanda keçmiş səfiri və Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzada da anlaşılmazlıq doğurub.

Nəşrin sualını cavablandıran Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib: “Olmayan şeyləri prezidentin sözlərində axtarmaq lazım deyil. Prezident bu ifadəni coğrafi mənada işlədib”.

 

Strateq.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34151

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031