“Makler” deputat mandat qonaqlığı verdi

12.10.2015 - 11:27

ilham48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov kitabxanaçı, rabitəçi, elektirik işçisi, mühəndis, işsiz, müəllim, mədəniyyət işçisi və lobarantla mübarizə aparacaq…

Əldə etdiyi mandatından istifadə edib özünə Gəncədə və Yevlaxda böyük biznes strukturu quran və yerli sakinlərin «makler» ayaması verdiyi depuatat İlham Məmmədov bu seçkilərdə də artıq özünü qalib elan edib, yaxınlarına Yevlax və Gəncədə ziyafət məclisləri təşkil edib

“48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov artıq özünü millət vəkili elan edib”.

Bu barədə Yevlaxdan daxil olan məlumatda bildirilir.

Məlumata görə, millət vəkili 10 gündən çoxdur ki, Yevlaxda və Gəncədə yaxın adamlarına ziyafət məclisləri təşkil etməklə məşğuldur. Bu isə yerli seçicilərin narazılığına səbəb olub: “Hər yerdə yenidən «seçildiyini» bildirən İlham Məmmədov bununla sanki öz secilərinə deyir ki, mənim sizə ehtiyacım belə yoxdur”.

“Yevlaxda ona heç kəs səs verməyib və bu dəfə də verməyəcək”

Seçicilər bildirilər ki, 5 il Yevlaxı Milli Məclisdə təmsil edən İlham Məmmədova rayon sakinlərinin əksəriyyətinin inamı yoxdur. O, vətəndaşların problemləri ilə maraqlanmayan, sadəcə, öz şəxsi maraqlarını güdən bir şəxsdir: “Əgər Yelax camaatı arasında sorğu aparılsa, onların İlham Məmmədova səs vermədiyi və bundan sonra da verməyəcəyi məlum olacaq”.

Sakinlər bildirir ki, İlham Məmmədovu hətta rayondakı YAP-çıların çox “Makler İlham” kimi tanıyıblar. Elə indinin özündə də ona “Makler İlham” deyirlər. Belə ki, İlham Məmmədov keçmişdə də, elə indi də Yevlax və Gəncədə torpaq satışı ilə məşğul olub: “İlham Məmmədova 2010-cu ildə də səs verməmişik, bu il də verməyəcəyik. Çünki İlham Məmmədova ötən 5 il müddətində bizim heç bir problemimizlə maraqlanmayıb. Heç bu dəfə də maraqlanamayacaq”.

“İlham Məmmədov 2010-cu ildə redaksiyaları qapı-qapı niyə gəzib?”

“2010-cu il parlament seçkiləri öncəsi qaranlıq keçmişi ilə bağlı məlumatların yayılmaması üçün mətbu orqanların redaksiyalarını qapı-qapı gəzən İlham Məmmədov özü ilə bağlı məlumatların qarşısını almağa çalışırdı. Bizim şikayətlərimiz də dərc olunmurdu, səsimizi eşidən yox idi”, – sakinlər bildirir.

“1500 manat maaş alan deputatın yarım milyonluq villası haradandır?”

“Artıq rayonda hamı onu milyonçu kimi tanıyır. Görəsən, İlham Məmmədov MSK-ya gəlirləri ilə bağlı tədim etdiyi deklarasiyasında Hacıkənddəki villasını göstəribmi? Yəqin ki, yox, amma biz bilirik ki, İlham Məmmədovun Hacıkənddəki villasının qiyməti yarım milyondan çoxdur. Həmçinin deputatın Yevlax və Gəncə şəhərlərində bir neçə obyekti var. Qeyd etdiyimiz bu obyektlər və villanı İlham Məmmədov məhz mandat alandan sonra əldə edib. Görəsən, 1500 manat əmək haqqı alan millət vəkili qiyməti yarım milyondan çox olan villanı və Yevlax, Gəncə şəhərlərindəki obyektləri necə əldə edib?” – məlumatda vurğulanır.

Məlumatda millət vəkili İlham Məmmədovun yaxın adamlarının adına bir neçə kiçik müəsissə açdığı və həmin şirkətlərin Yevlax, Gəncə və Tərtər rayonlarında tikinti təmir tenderlərində iştirak etdiyi deyilir.

Yazıdakı iddilarla bağlı İlham Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.

//Arqument.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34595

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031