NATO Qarabağ münaqişəsinə qarışmayacaq

03.11.2015 - 14:00

natoDağlıq Qarabağ münaqişəsi tərəflərinə silah verən ölkə münaqişənin davamına xidmət edir.

Oxu.az news.am-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Uilyam Lahyu (William Lahue) Ermənistandakı NATO Həftəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, NATO münaqişənin tənzimlənməsi prosesində bilavasitə iştirak etmir: “Bu məsələ ilə məşğul olan təşkilatlar var. Davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizliklə bağlı deyil, həm də bölgənin gələcəyi və iqtisadi inkişaf baxımından da özünü göstərir”.

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi barədə suala cavab verən NATO nümayəndəsi bunun NATO-nun məqsədlərinə daxil olmadığını söyləyib: “Əgər Ermənistan, Azərbaycan və digər maraqlı tərəflər istəsələr, bu, müzakirə edilə bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=37381

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728