Məhkəmə Müsavat Partiyasının MSK-ya qarşı şikayətini təmin etmədi

03.11.2015 - 15:11

mehkemeBakı Apelyasiya Məhkəməsi Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayətini təmin etməyib.

Partiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, şikayətə hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılıb.

Məlumata görə, Müsavat Partiyası məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək: “Müsbət cavab almayacağımız təqdirdə, bu hüququn pozulması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Xatırladaq ki, Müsavat Partiyası MSK-nın oktyabrın 29-da qəbul etdiyi qərardan (Müsavat Partiyası namizədlərinin adlarının seçki bülletenlərindən çıxarılmaması ilə bağlı) şikayət edib. Şikayətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü bəndinin (azad seçki hüququ) pozulmasının tanınması ilə bağlı iddia qaldırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=37416

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728