Harri Kasparov: “Qarabağla Donbas…”

03.11.2015 - 15:26

harriDonbas konflikti postsovet məkanında olan digər münaqişələrdən fərqlənir.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı müxalifətçi Harri Kasparov söyləyib. Onun sözlərinə görə, 1990-cı illərdə olan konfliktlərin hər biri dondurulub:

“Onların hər birində etnik komponent üstünlük təşkil edib. Məncə, əgər Abxaziya, Cənubi Osetiya, Qarabağ və ya Dnestryanı konfliktlərini götürüb onları Donbasla müqayisə etsək, burada fərqli məqamlar ortaya çıxar. Donbasda etnik ayrıseçkilik güclü olmayıb. Bu nə Qarabağ, nə də Osetiyadır. Bu artıq xarici qüvvənin kifayət qədər güclü iştirak etdiyi 21-ci əsrin konfliktdir. Bir daha təkrarlayıram ki, əgər Rusiyanın açıq müdaxiləsi olmasaydı, Ukraynada heç nə baş verməyəcəkdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=37425

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728