YAP-dan sərt açıqlama: “Elza Seyidcahan cəzalandırılacaq”

04.11.2015 - 13:11

yapHakim Yeni Azərbaycan Partiyası (YAP) 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın rəqibi, YAP üzvü Tahir Süleymanovla bağlı səsləndirdiyi ittihamlara reaksiya verib.

Partiyanın Siyasi Şurasının üzvü və mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev azvision.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahanın Tahir Süleymanovla bağlı səsləndirdiyi fikirlər tamamilə əsassız və cəfəngiyyatdır: “Seçkidən sonra məğlubiyyətlərini səmimi həzm edə bilməyən insanlar var. Bunlardan biri də müğənni Elza Seyidcahandır. Bir çoxları əvvəlcədən uduzduqlarını görürlər və seçkiyə start verilməmişdən saxtakarlıqlardan, bu və ya fitnə-fəsad, böhtanlardan dəm vururlar. Elələri də var ki, guya seçkiyə qədər seçiləcəyinə əmin olduğu barədə şou yaradır, rəy formalaşdırmağa çalışır. Məntiqi nəticə olaraq, seçkidə uduzduqdan sonra bu və ya digər insanları ləkələməyə, böhtan atmağa çalışırlar”.

H.Paşayev qeyd edib ki, YAP rəsmi şəkildə 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən Tahir Süleymanovun namizədliyini irəli sürüb: “Elza Seyidcahanın YAP-ın namizədi ilə eyni dairədə yarışmaq bacarığı sıfıra bərabər idi. Bunu onun özü də bilirdi. Sadəcə olaraq bu insan ürəyində tutduqlarını kimlərdənsə qopara bilməyib və bu gün həmin istəyini kimlərinsə, dilindən səsləndirməyə çalışır. Azərbaycanda seçkilər beynəlxalq və yerli müşahidəçilərin müşahidəsi altında tam ədalətli, demokratik şəkildə keçirilib. O cümlədən 54 saylı Siyəzən-Şabran Seçki Dairəsində Tahir Süleymanova seçicilər böyük etimad göstərdilər. Yəni seçicilərin etimadını yenidən qazandı.

Həmin dairənin seçiciləri Elza Seyidcahanı yalnız şou verilişlərindən tanıyırlar. Belə verilişlərdən tanınan insana səs vermələri isə qeyri-məqbul görünür. Ona görə də nəticə belə oldu. Seçicilər ola bilsin ki, Elza Seyidcahanı müğənni, şou adamı kimi tanıyırlar. Ancaq, millət vəkili kimi görmək istəmirlər. Ona görə də seçkidə ona bu hüququ vermədilər. Səsləndirdiyi fikirlər isə yersiz iddialardır”.

H.Paşayev E.Seyidcahanın cəzalandırılacağını diqqətə çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=37580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728