Putin İlham Əliyevə zəng etdi – Səbəb

04.11.2015 - 14:02

putin ilhamRusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Axar.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=37609

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728