Azər Qasımlıdan ittihamlı seçki bəyanatı: “Məndə ciddi şübhələr var ki…”

04.11.2015 - 21:42

“Daha öncə dairəmizdə Ağabala Quliyevin Ziyad Səmədzadə ilə özəl münasibətləri haqqında söz-söhbətlər gəzirdi”

rr23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin sədri Ağabala Quliyev deputatlığa namizəd Azər Qasımlının şikayətini qəbul etməkdən imtina edib. Bu barədə Azər Qasımlı Meydan TV-yə məlumat verib. Onun sözlərinə görə, 17 səhifəlik şikayət ərizəsi, 31 foto, 30 video, 2 audio yazı, 98 qanun pozuntularına dair akt və 4 saxta protokol DSK-ya təqdim olunub. Lakin sənədlərin təqdimatı zamanı da qanun pozuntusu ilə üzləşib: “Dairə Komissiyasının sədri Ağabala Quliyev məndən şikayət ərizəsini almaqdan imtina etdi. Dedi ki, güya onun belə bir səlahiyyəti yoxdur. Halbuki bu məsələ qanunla müəyyən edilən adi bir prosedur qaydadır. Bunların hər işinə hazır olduğumuzdan özümlə təcili poçtdan nümayəndə aparmışdım. Elə ordaca sənədlərimi poçt nümayəndəsinə verib, Ağabala Quliyevə poçt vasitəsilə şikayətimi təqdim edə bildim. Sonra təcili poçtdan MSK-ya bununla bağlı şikayət teleqramı ünvanladım”.

Azər Qasımlı deyir ki, Ağabala Quliyevin hərəkəti onda ciddi şübhələr yaradıb: “İndi tam ciddi olaraq fikirləşirəm ki, seçki günü bütün bu karuselləri, topa bülleten atma, seçki komissiyaları tərəfindən edilən qanun pozuntuları məhz DSK tərəfindən, şəxsən Ağabala Quliyevin iştirakı ilə həyata keçirilib. Daha öncə dairəmizdə Ağabala Quliyevin Ziyad Səmədzadə ilə özəl münasibətləri haqqında söz-söhbətlər gəzirdi. Bu saxtakarlıqların üstünü açmaq üçün əlimdən gələni edəcəyəm. Mən bu dairənin qalibiyəm və bunu hər kəsə sübut edəcəyəm!”

Short URL: http://www.cumhuriyyet.net/?p=37683

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930