MTN şefinin daha bir adamı məlum oldu – Akif Hacıyev kimdir

05.11.2015 - 11:15
eldar8MTN şefi Eldar Mahmudovun gözlənilmədən işdən çıxarılması ölkədə ciddi rezonans yaratdı. Bunun ardınca aparılan araşdırmalar, MTN və digər qurumlarda yüksək post sahiblərinin həbsi və araşdırmaların davam etdirilməsi daha yeni faktlar ortaya çıxartdı.
Ən ciddi məqam isə E.Mahmudovun nəzarətində olan qohumları və yaxın adamlarının fəaliyyətidir ki, hazırda bu istiqamətdə ciddi araşdırmalar davam etdirilir. Demək olar ki, hər gün müxtəlif sahələrdən sabiq nazirə bağlı şəxslərin müəyyən edilərək vəzifələrindən alındığına dairə məluamatlar gəlir.
Bizimxeber.az-a isə daha bir ciddi məlumat daxil olub. Belə ki, Eldar Mahmudovun daha bir adamı nazir və ya idarə rəisi yox, Mənzil Təsərrüfat İdarələrinin rəhbəridir.
Araşdırmalar zamanı bəlli olub ki, sabiq nazir təkcə müxtəlif nazirliklərə deyil, həmçinin paytaxtın Mənzil Təsərrüfat İdarələrinə də öz adamlarını yerləşdirib. Bunlardan biri də Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyevdir.
Bunun hansı məqsəd və niyyət daşıdığı hələlik bəlli olmasa da, fakt olaraq E.Mahmudovun bu şəxsdən müəyyən məqamlarda yararlanması sirr deyil. Böyük maliyyə imkanlarına malik Akif Hacıyevin böyük biznes şəbəkəsinə malik olduğu deyilir. O, bu imkanları məhz Eldar Mahmudovun himayəsi sayəsində əldə edib.
Daha bir maraqlı məqam isə Akif Hacıyevin idarə etdiyi avtomobillərinin dövlət nömrə nişanlarının Eldar Mahmudovun oğlunun maşınları ilə eyni olmasıdır. Həmçinin Eldar Mahmudov Akif Hacıyevin oğlunu MTN-də işə düzəldib.
Eldar Mahmudovun həsbinə qədər fəxrlə “88”lə başlayan şəxsi avtomobillərini idarə edən Akif Hacıyev, sabiq nazirin vurulmasından sonra bu maşınlardan imtina etməyə başlayıb və artıq digər nömrə nişanlı maşınlarla hərəkət edir. O bu yolla izi itirməyə çalışır.
Məlumatda qeyd olunur ki, yaxın günlərdə Azərbaycanı tərk etməyə çalışan A.Hacıyev yaxın dostlarından kömək belə istəməyə qorxur.
Araşdırmalar davam edir.
 
Eldar Mahmudova məxsus Yasamala tikilən göydələnlərdə Akif Hacıyevin barmağı varmı?  
 
Onun eks MTN şefi ilə daha hansı biznes əlaqələrinin olması barədə yaxın günlərdə daha müfəssəl məlumat verəcəyik. 

Short URL: http://www.cumhuriyyet.net/?p=37753

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728