İltizam Əkbərli və Tural Abbaslı Müsavatdan qovula bilər

05.11.2015 - 13:21

musavat“Müsavat Partiyası üzvlərinin Nizamnamə pozuntularına baxılacaq”.

Bunu açıqlamasında Müsavat Partiyası Divanın üzvü Nemət Kərimli deyib.

N. Kərimli partiya üzvləri İltizam Əkbərli və Tural Abbaslının Müsavatın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına əməl etmədiyini xatırladaraq, onlar barəsində tədbir görüləcəyini bildirib: “Onlarla bağlı məsələ kollegial qaydada müzakirə olunacaq və Nizamnaməyə uyğun qərar qəbul olunacaq. Nizamnamədə nəzərdə tutulur ki, hər hansı üzv partiyanın qərarına tabe olmursa, ya partiyadan çıxarılır, ya töhmət verilir, ya da xəbərdarlıq olunur. Bu baxımdan onlar partiyadan xaric də oluna bilərlər. Məsələyə konkret nə vaxt baxılacağını isə deyə bilmərəm”.

İ. Əkbərli isə bildirib ki, partiyanın onun haqqında qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşacaq: “Mən seçicilərin qarşısında öhdəlik götürmüşdüm və bu öhdəliyi əsas gətirərək, seçkilərdə iştirak qərarını verdim. Əgər partiya rəhbərliyində mənim məsələm müzakirə olunarsa, qərardan asılı olmayaraq, buna hörmətlə yanaşacağam”. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=37836

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930