“Qiyamçı səfir”in yerinə təyinat oldu

05.11.2015 - 13:45

arifmemmedov1Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.

XİN-dən verilən məlumata görə, 4 noyabr, 2015-ci il tarixində İƏT-in Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr, 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında daimi nümayəndəsi olub.

Xatırladaq ki, buna qədər İƏT-in Aİ yanındakı səfiri postunu “qiyamçı diplomat” Arif Məmmədov tuturdu.

Akşin Mehdiyev

Short URL: http://www.cumhuriyyet.net/?p=37851

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728