İlham Əliyev Kaladzeyə cavab verdi: “Qaz hətta 100 ilə də çatar”

06.11.2015 - 11:22

ilham6Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Avropanı hətta 100 il sonra da təchiz etməyə yetəcək qədər təbii qaz ehtiyatlarına malik olduğunu bildirib.

Virtualaz.org saytı gürcü KİV-lərinə istinadən xəbər verir ki, İ.Əliyev bunu Gürcüstana rəsmi səfəri zamanı bəyan edib.

“Azərbaycanın böyük qaz ehtiyatları var. Biz nəinki özümüzü, qonşularımızı və Avropanı da hətta 100 ildən sonra da qazla təchiz edə bilərik. Azərbaycanda tranzit yüklərlə bağlı komissiya yaradılıb. Biz mal dövriyyəsini artırmaq üçün Gürcüstanla vahid siyasət yürütmək istəyirik” – deyə prezident Əliyev bildirib.

Gürcü KİV-ləri İ.Əliyevin bu bəyanatını Gürcüstanın energetika naziri Kaxa Kaladzenin bəyanatına cavab kimi qiymətləndiriblər. K.Kaladze bundan əvvəl Azərbaycanın Gürcüstana qaz satmaq imkanının olmadığını bildirmişdi. Gürcü nazir Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlara başlamasına bu bəhanə ilə haqq qazandırmağa çalışırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=37948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728