Azərbaycan prezidenti: “Gürcüstan bizim üçün Avropaya çıxış yoludur”

06.11.2015 - 15:09

ilham12APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşü zamanı deyib. Prezident həm təhlükəsizlik, həm də inkişaf baxımından hər iki ölkənin bir-birinə bağlı olduğunu bildirib: “Bizim uğurlu inkişafımız Gürcüstansız mümkün deyil. Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Gürcüstanın da sürətli inkişafı Azərbaycanın güclü inkişafına bağlıdır. Biz yaxın dost və tərəfdaşıq, birgə layihələr icra edirik. Dünən razılığa gəldik ki, həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət aparaq. Belə olan halda, ölkələrimiz arasında yük daşımalarının həcmi bir neçə dəfə artacaq. Bu dəhliz bu bölgədən keçir və əlbəttə, burada yaşayan hər bir insan bundan faydalanacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=38062

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728