Deputatın rəhbərlik etdiyi mafioz dəstə tutuldu: 500 milyonluq cinayət

06.11.2015 - 15:26

eduardRusiyada 500 milyon rubl oğurlayan cinayətkar dəstə yaxalanıb.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, dəstənin rəhbəri Dağıstandan olan deputatdır.

Məlumata əsasən. dəstənin üzvləri Dağıstan Milli Məclisinin deputatı Eduard Xıdırov və daha 6 yerli sakin olub.

İstintaq işinə görə, cinayətkar dəstə Xıdırov tərəfindən 2010-cu ildə yaradılıb və o, bu dəstəyə beş il rəhbərlik edib. Qruplaşma əsasən iqtisadi cinayətlər törədirmiş.

2011-ci ilin dekabrında cinayətkar dəstə “Naftabank”a basqın edib və oradan 300 milyon rubl dəyərində bankın aktivləri və əmanətçilərin vəsaitləri oğurlanıb.

Banka verilən lisenziyanın geri alınmasından sonra qruplaşma “Əmanətlərin sığortalanması Agentliyindən” 200 milyon rubldan çox vəsait oğurlayıb.

Hazırda Dağıstan Milli Məclisinin deputatı Eduard Xıdırov və daha 6 yerli sakinə qarşı cinayət işi qaldırılıb. Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=38070

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728