Ermənistan Lavrovu təcili çağırır

09.11.2015 - 10:46

ilqar2Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin sürətli inkişafından olduqca narahatdır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Politoloq son səfərlərin fonunda çox önəmli məqamlara toxunub:

“Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin sürətli inkişafından olduqca narahatdır. Artıq Rusiyanın müxtəlif dövlət adamları işğalda olan torpaqların Azərbaycana qaytarılmasından açıq danışırlar. Bu fonda AŞPA-nın qətnaməsi də Ermənistanın mövcud siyasi kursunun ciddi laxladığından xəbər verir. Görünür, vəziyyətin sürətlə dəyişməsini seyr edən Ermənistan rəhbərliyi preventiv addımlar atmağa başlayır. Rəsmi məlumata görə, Lavrovu İrəvana Nalbandyan dəvət edib. Bu o deməkdir ki, təşəbbüs Ermənistan tərəfindən gəlir. Son zamanlar Sərkisyan çalışır ki, Ermənistanın regiondakı rolunu artırsın. Buna görə də Gürcüstanla qaz layihələri həyata keçirib, Tiflisin apardığı siyasətdə rusiya amilindən istifadə etməklə Gürcüstanla Rusiya arasında vasitəçilik etməyə çalışır. Ancaq bu vacib məsələni Kremlin iştirakı olmadan həyata keçirmək mümkünsüzdür. Ona görə də Ermənistan rəhbərliyi Lavrovu dəvət edib. Xarici işlər nazirləri çox güman ki, müəyyən ticarət aparmağa çalışacaqlar. Bu da o anlama gəlir ki, bir çıxış yolu qalır: ya Azərbaycanla yaxınlaşma, ya da Gürcüstanda möhkəmlənmək”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana səfər edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=38138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728