Rusiya ilə Qərb arasında Qarabağa görə qarşıdurma yarana bilər

09.11.2015 - 12:04

qarabaq4Beynəlxalq Böhran Qrupunun Türkiyə və Cənubi Qafqaz məsələləri üzrə analitiki Nigar Göksel Suriya münaqişəsi fonunda Ankara-Yerevan münasibətlərini, həmçinin Dağlıq Qarabağ problemini şərh edib.

Modern.az saytının verdiyi xəbərə görə, o erməni jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Suriya konfliktinin nəticələri həm Türkiyəni, həm də Qafqaz regionunu düşündürür.
Onun fikrincə, Suriya böhranı fonunda Türkiyənin Ermənistanla əlaqələri normallaşdırmaq üçün təşəbbüs göstərəcəyi inandırıcı görünmür. Bununla paralel olaraq ekspert deyib ki, Suriya problemi Türkiyənin Cənubi Qafqazla bağlı planlarının həyata keçməsinə imkan vermir.

“Hazırda Türkiyə ilə Qərb arasında Suriyaya görə yüksək səviyyədə danışıqlar üstünlük təşkil edir. Avropa dövlətlərini, Türkiyəni hazırda “İslam dövləti” (İŞİD), miqrant problemi narahat edir. Belə bir məqamda siyasi üfüqdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması görünmür”.

Rusiyanın Bəşər Əsəd hakimiyyəti dəstəkləməsinin Kremllə Ankaranın münasibətlərinə təsirindən də söz açan Nigar Göksel qeyd edib:

“Moskva ilə Ankara arasında Suriya münaqişəsi nəticəsində gərginlik artıb. Həmçinin Rusiyanın Qafqazda təsir rıçaqlarının artması Türkiyəni ehtiyatlı edə bilər”.

Politoloq düşünür ki, Dağlıq Qarabağ ətrafında satus-kvovun dəyişdirilməsi cəhdi Qərblə Rusiyanın mübarizəsi fonunda təhlükəli xarakter daşıyır.

“Moskva, Ankara və Qərb anlayır ki, status-kvonun dəyişdirilməsi Azərbaycan-Türkiyə-Ermənistan arasındakı münasibətlərdə balansı poza bilər. Buna görə də istənilən yeni iddialı təşəbbüslər çox risklidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə vəziyyət Rusiya və Qərb arasında konfrontasiyaya, qarşıdurmaya çevrilə bilər”.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=38194

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728