Azərbaycan sovet işğalına görə Rusiyadan kompensasiya tələb etməlidirmi?

09.11.2015 - 12:10

fazilBugünlərdə Baltikyanı dövlətlər sovet işğalının onlara vurduğu ziyanın hesablanması və bu ziyana görə SSRİ-nin varisi Rusiyaya qarşı kompensasiya tələbi irəli sürməyə qərar verib. Sovet işğalına görə Estoniya 49 milyard, Latviya isə 100 milyard avro məbləğində kompensasiya tələb etmək fikrindədir. Bundan başqa, siyasilər və tarixçilər hesab edir ki, əgər Rusiyanı bu məsələyə görə hüquqi baxımdan məsuliyyətə cəlb etmək mümkün olsa, bu, Pribaltika ölkələrinə maddi təzminatla yanaşı, həm də siyasi divident gətirəcək ki, bunun özü də kifayət qədər böyük qazanc olacaq.

Maraqlıdır, Azərbaycan necə, sovet işğalı nəticəsində onlara dəyən ziyanı hesablamaq üçün komissiya yaratmalı, dəyən zərərə görə Rusiyadan kompensasiya tələb etməlidirmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu məsələnin göründüyü qədər də asan olmadığını vurğuladı:

“Bu, olduqca problemli məsələdir. Çünki Pribaltika dövlətləri Birləşmiş Millətlər Cəmiyyəti yaranandan sonra dövlət olaraq mövcud idilər və bundan sonra mövcud SSRİ tərəfindən işğal baş verdi. Biz isə 1920-ci ildə bu müstəqilliyi itirdik və o zaman SSRİ hələ yaranmamışdı. Ona görə də mənəvi məsələ kimi işğaldan söz aça bilərik, ancaq hüquqi məsələ olaraq ittihamı hansı subyektə yönəltməyimizdə çətinlik var. Hər nə qədər mövcud Rusiya özünü SSRİ-nin varisi hesab etsə də, bunu Rusiyaya isbatlamağa nə dərəcədə gücümüz çatacaq, bax bu düşündürücü məsələdir”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=38199

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728