İlham Əliyev Şevardnadze ailəsinin qonağı olub

09.11.2015 - 15:22

svarnadzeAzərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Tiflisdə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı Tiflisdə Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadzenin evinə gedib. Prezident İlham Əliyev əvvəlcə Eduard Şevardnadzenin və onun xanımının məzarları önünə gül dəstələri qoyub. Şevardnadzenin ailə üzvləri ilə görüşüb.

Eduard Şevarnadze ilə bağlı xatirələrini bölüşən İ.Əliyev deyib ki, onun xatirəsi Azərbaycanda daim böyük hörmətlə anılır. Vaxtilə ulu öndər Heydər Əliyev ilə Eduard Şevardnadzenin yaxın dostluq münasibətlərindən danışan prezident İlham Əliyev bildirib ki, hər iki lider Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında müstəsna rol oynayıblar.

Eduard Şevardnadzenin ailə üzvləri prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, dövlətimizin başçısının Eduard Şevardnadzenin xatirəsinə olan hörməti çox yüksək qiymətləndirilir. Eduard Şevardnadze də daim ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına həmişə töhfə verməyə çalışıb.

Prezident İlham Əliyev Eduard Şevardnadzenin müxtəlif illərdə çəkdirdiyi fotolara və layiq görüldüyü mükafatlara, ona bağışlanan hədiyyələrə baxıb. Sonda xatirə şəkli çəkdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=38285

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728