“Kəskin zərurət yoxdursa, Azərbaycana getməyin” – Britaniya XİN-i

10.11.2015 - 12:17

britaniyaBöyük Britaniyanın Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşları üçün potensial təhlükənin mövcud olduğu ölkələrin siyahısını açıqlayıb.

Virtualaz.org saytı “The İndependent” qəzetinə istinadən xəbər verir ki, belə ölkələrin sayı 45-dir və onların arasında Azərbaycan da var.

Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.

Bundan əlavə, təhlükəli ölkələrin siyahısına Əfqanıstan, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, İraq, Qvineya, Tunis, Yəmən və digərləri daxil edilib. Ən təhlükəli ölkə isə Suriya hesab olunur.

Həmçinin Britaniya XİN-in ekspertləri tövsiyə edirlər ki, bu ölkə vətəndaşları kəskin zərurət olmasa, Çeçenistanla sərhəd ölkələrə – Gürcüstan və Azərbaycana, habelə Ukraynanın şərq regionlarına getməsinlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=38405

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728