YAP İdarə Heyəti toplanır – Elza Seyidcahana görə

10.11.2015 - 12:28
elzaHakim Yeni Azərbaycan Partiyasının 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd, müğənni-bəstəkar Elza Seyidcahanın qaldırdığı iddialarla bağlı apardığı araşdırmalar başa çatmaq üzrədir.
 
Bu barədə AzVision.az-a açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib. 
Onun sözlərinə görə, araşdırmanın nəticələri YAP Nərimanov rayon Təşkilatının İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq: “Elza Seyidcahanla bağlı məsələ yaxın günlərdə İdarə Heyətinin toplantısında müzakirə olunacaq. Bundan sonra onunla bağlı son qərar veriləcək”.
Qeyd edək ki, E. Seyidcahan namizədliyini irəli sürdüyü dairədə seçkinin nəticələrinin ləğv olunmasını tələb edib. Hakim partiya üzvünün bu addımı YAP tərəfindən etirazla qarşılanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=38414

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728