Sumqayıtda daha bir dəyişiklik – İcra Başçısı müavinini istefaya göndərdi

11.11.2015 - 10:32

elcin2Sumqayıt şəhərində icra başçısı dəyişikliyi baş verəndən sonra mütəmadi olaraq kadr islahatları da həyata keçirilir. Xatırlayırsınızsa, əvvəlki kadr dəyişiklikləri barədə məlumat vermişdik. Bu dəyişikliklər başçının müavinləri səviyyəsində də davam edir. Belə ki, icra başçısının birinci müavini – Rövşən Sadıxovun işdən azad olması son olmayıb.

Xeberle.com məlumat verir ki, onun ardından – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, İcra Başçısının müavini Elgin Şirin oğlu Həbibullayevin tutduğu vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılıb. İcra başçısının müavininin öz ərizəsi ilə işdən çıxdığı bildirilir. Qeyd edək ki, E. Həbibullayev Eldar Əzizov Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə onun köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıta İcra Başçısı təyin olunanda E. Həbibullayev əvvəlcə yenidən köməkçi, sonra isə müavin vəzifəsində çalışıb. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əbülfəz Hüseyn oğlu Əbilovun da tutduğu vəzifədən azad olunduğu deyilir. Onun işdən çıxarılmasına səbəb kimi yaş senzi göstərilir. Məsələ ilə əlaqədar İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ənvər Hüseynovla əlaqə saxladıq. Ə. Hüseynov Xeberle.com-a bildirdi ki, bununla bağlı onda hər hansı bir məlumat yoxdur: “Əgər belə bir məsələ varsa gün ərzində əlavə məlumat veriləcək.”

Short URL: http://www.cumhuriyyet.net/?p=38554

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728