İvanişvili üzə çıxdı: “İrandan qaz alacağıq”

11.11.2015 - 12:28

bidzinaGürcüstan böyük ehtimalla İrandan qaz alacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında gürcü milyarderi Bidzina İvanişvili söyləyib.

Onun sözlərinə görə, Tiflisin İranla güclü əlaqələr qurması çox vacibdir:

“Təxminən iki həftə əvvəl mənim ABŞ səfiri ilə görüşüm oldu. Biz hökumətin digər nümayəndələri ilə bütün iqtisadiyyat sahələrində aktiv çalışırıq. Mən heç nəyi idarə etmirəm, amma iqtisadiyyatla bağlı olan şeylərdə aktiv iştirak edirəm. İran, Çin və Rusiya bizə çox lazımdır. İran qazının Gürcüstana daxil olması çox maraqlı mənzərə yaradacaq. Çox güman ki, bu danışıqlar baş tutacaq. Mən Tehranla danışıqlarda biznesmen kimi iştirak edirəm”.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Energetika naziri İrandan qaz alışı ilə bağlı danışıqlara başlayacaqlarını bildirmişdi. Prosesin arxasında keçmiş baş nazir İvanişvilinin durduğu barədə fikirlər səsləndirilir. İddiaya görə, faktiki olaraq Gürcüstanın iqtisadi siyasətini İvanişvili idarə edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=38657

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728