Artur Rəsizadəylə qaydanı pozan komissiya sədri: “İstəyirsiniz, baş nazirin özünə də zəng edim…”

11.11.2015 - 14:16

artur2Parlament seçkiləri başa çatsa da, seçki prosesindəki qanun pozuntuları barədə müzakirələr davam edir. Xüsusilə 16 saylı Yasamal 3-ci seçki dairəsinin 29 saylı məntəqəsində səs verən baş nazir Artur Rəsizadənin səsvermə zamanı qayda pozuntusunun iştirakçısına çevrilməsi ilə bağlı müzakirələr səngiməyib. Səsvermədən əvvəl baş nazirin sol əlinin baş barmağı əvəzinə sağ əlinin baş barmağı yoxlanılıb.  

Cebhe.info-nun araşdırmasına görə, baş naziri qanun pozuntusunun iştirakçısına çevirən şəxs komissiya sədri Məmmədova Sitarə Müzəffər qızı olub. Təhsil sahəsində çalışan Sitarə Məmmədova 1 noyabr parlament seçkilərində baş nazirin sağ əlinin baş barmağını yoxlayaraq ona bülleten verib. Hüquqşünas Ələsgər Məmmədli bu hərəkəti Seçki Məcəlləsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, qaydanı pozan şəxsin İnzibati Xətalar Məcəlləsinə əsasən cəzalandırılmalı olduğunu bildirsə də, Sitarə Məmmədov fərqli düşünür.
Cebhe.info-ya açıqlamasında Sitarə Məmmədova uzun illər seçki prosesində iştirak etdiyini bildirib: “İndiyə qədər bütün seçkilərdə sədrlik etmişəm və hər seçkidə də nazirlər, digər dövlət nümayəndələrini qarşılamışam. İndiyə qədər də fəaliyyətimdə heç bir qanun pozuntusu, heç bir cinayət tərkibli əmələ yol verməmişəm. Həmçinin də bu seçkilərdə də mən heç bir qanun pozuntusuna yol verməmişəm. Seçki başlamamışdan öncə iş bölgüsü aparmışam. İş bölgüsü zamanı hər kəsin işi müəyyənləşdirilib, seçicilərin barmaqlarına mürəkkəbin vurulub-vurulmamasını yoxlamaq mənə həvalə edilib. Hətta mən icra başçısının özünə də zəng edib dəqiqləşdirdim ki, mən yoxlayım, dedi ki, hə, bu işlə özün məşğul ol. Uzun illərdir ki, mən seçkilərdə bu işlə məşğulam. Boş oturmalı deyiləm ki, mən sədrəm, boş oturmalıyam? Mən elə-belə adam deyiləm, əgər hansısa Məcəlləni pozmuşamsa, istəyirsiniz mən baş nazirin özünə də zəng edim soruşum görüm, mən hansı səhvi eləmişəm?”
Mərkəzi Seçki Komissiyasının  mətbuat xidmətinin rəhbəri Şahin Əsədli isə baş nazirin sağ əlinini baş barmağının yoxlanılmasına münasibət bildirərkən “O, baş nazirdir və sədr də həyəcanlanaraq özünü itirib. Yanlışlıqla birinci sağ əlini, sonra isə sol əlini yoxlayıb”,- deyə vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=38710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728