Moskvadan təkzib: “Yerevanda 5 rayonun qaytarılması barədə heç bir müzakirə olmayıb”
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində aparılmış danışıqlar zamanı Qarabağla bağlı ərazi güzəştləri barədə heç bir müzakirə aparılmayıb”.
Strateq.az bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, S.Lavrovun erməni rəsmiləri ilə Yerevanda görüşü zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk Qrupu tərəfindən aparılan danışıqların hazırkı mərhələsi müzakirə edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni KİV-ləri S. Lavrovun guya Dağlıq Qarabağ ətrafında olan beş rayonun Azərbayacana qaytarılması üçün təkliflə çıxış etməsi barədə xəbər yayıb. Azərbaycan KİV-ləri də bu məlumata geniş şəkildə öz səhifələrində yer veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=38869